"Laçın yolundan təbii sərvətlərin Ermənistana daşınması Üçtərəfli bəyanatın kobud pozuntusudur" - XİN

“Etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yarandığı iddiaları eyni dərəcədə əsassızdır”.

Bizim.Media-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhində əksini tapıb.

Qeyd edilib ki, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələrinin, tibbi avtomobillərin yoldan maneəsiz keçidi danılmaz bir faktdır.

Həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacların operativ şəkildə həll etməyə hazırlıq, həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bəyan olunub:

“Azərbaycan tərəfinin yolun açıq olduğu və Üçtərəfli bəyanatla təyinatı üzrə istifadə edilə biləcəyi barədə erməni sakinlərə çağırışlarına baxmayaraq, özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların əhalini yoldan istifadədən çəkindirməsi faktları bir daha sübut edir ki, məhz belə şəxslər etirazlar barədə yalnış təəssürat yaratmaqla öz qeyri-qanuni və çirkin əməllərini davam etdirmək məqsədi güdürlər”.

Üçtərəfli bəyanatın pozulması barədə iddialara gəldikdə, Azərbaycan XİN xatırladıb ki, Ermənistan liderinin də imza atdığı Üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və s. bu kimi qeyri-qanuni fəaliyyətlər üçün nəzərdə tutulmadığı və bütün bu hərəkətlərin Üçtərəfli bəyanatın kobud pozuntusu olduğu Ermənistan tərəfinə yaxşı məlumdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

End of content

No more pages to load

RADİO