ABŞ-ın 60-cı Dövlət katibi Corc Şults 101 yaşında dünyasını dəyişib.
Bizim.Media xarici mediaya istinadən məlumat verir ki, ABŞ-ın keçmiş dövlət katibi Kaliforniya ştatında həyatla vidalaşıb.
Corc Şults Riçard Nikson və Ronald Reyqan administrasiyalarında əsas vəzifələrdə çalışıb. O həmçinin, Stenford Ali Biznes Mərkəzinin fəxri professoru olub.
Şults ABŞ tarixində ən nüfuzlu dövlət katiblərindən biri olub. O, Reyqanla birlikdə “soyuq müharibə”nin başa çatmasında böyük rol oynayıb.
Bizim.Media