İspaniyada bir neçə enerji şirkətinə qarşı araşdırma başlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı press-relizdə deyilir.
Belə ki, Bazar və Rəqabət üzrə Milli Komissiyası rəqabət əleyhinə fəaliyyətdə şübhəli bilinən bir neçə enerji şirkətini araşdırmağa başlayıb.
Qurum müxtəlif şikayətlər daxil olduqdan sonra noyabrın 28-dən dekabrın 2-dək bir neçə şirkətin baş ofisində yoxlamalar aparıb. Bazar və Rəqabət üzrə Milli Komissiya hansı şirkətlərdən söhbət getdiyini açıqlamayıb.
Bizim.Media