İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılacaq.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna keçirdiyi brifinqdə məlumat verib.
"Təəssüf ki, Tehranın mövqeyi ilə əlaqədar mən İranın müvəqqəti işlər vəkilini çağırmalıyam. İran Fransa vətəndaşlarının saxlanmasını dayandırsaydı, əlaqələrimiz daha yaxşı olardı", - deyə nazir qeyd edib.
Kolonnanın sözlərinə görə, İran hökuməti hazırda Fransanın yeddi vətəndaşını həbsdə saxlayır və bu, qəbuledilməz hadisədir:
“Bütün bunlar ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmır. Paris İranın nümayişçilərə qarşı siyasəti ilə razılaşa bilməz".
Bizim.Media