Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Dövlət Dumasının deputatının Kiyevdə 11 mənzilini aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Milli Polisinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, onun evlərində axtarış aparılıb.
Deputatın adı çəkilmir. Onun Mariupolda dünyaya gəldiyi, Ukraynaya qarşı “xüsusi əməliyyat”da iştirak etdiyi bildirilir.
Qeyd olunur ki, Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Dmitri Sablin bu təsvirə uyğun gəlir.
Bizim.Media