Ukrayna Təhlükəsizlik Xidməti 10 il əvvəl Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsdin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Telegram kanalları yayıb.
Mənbə yazır ki, Adam Osmayev 2012-ci il fevralın 4-də Ukrayna və Rusiya xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Təhlükəsizlik qüvvələri onun Putinə sui-qəsd hazırladığını bildirib. 2014-cü ilin noyabrında Odessa məhkəməsi Osmayevi həbsdən azad edib.
Adamın hazırda Ukrayna tərəfində döyüşdüyü bildirilir.
Bizim.Media