Pakistanın cənub-şərqində yerləşən Bəlucistan vilayətinin Avaran bölgəsində terror aktı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb. Bildirilib ki, bazarda bomba partlaması nəticəsində 1 nəfər ölüb, azı 6 nəfər yaralanıb.
Pakistanlı polislər terror aktının bəluclu separatçılar tərəfindən həyata keçirildiyini bildiriblər.
Buna baxmayaraq, hələlik heç bir terror təşkilatı bu hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib.
Bizim.Media