Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın İdlib şəhərinə 37 yük maşını humanitar yardım göndərib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yük maşınları Türkiyə sərhədindən keçib.
Bildirilib ki, BMT-nin yardımını daşıyan yük maşınları Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısından keçib.
Göndərilən humanitar yardımın İdlib və onun çöllərində ehtiyacı olanlara paylanacağı qeyd edilib.
Bizim.Media