ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin bir bareli üçün 60 dollar səviyyəsinin ən üst hədd kimi qəbul olunduğu qərarın dekabrın 5-dən qüvvəyə minməsi ilə bağlı qətnamə dərc edib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, sənəd ABŞ-ın departamentin saytında yerləşdirilib.
Sənəd maliyyə naziri Canet Yellen tərəfindən imzalanıb.
Qeyd edək ki, daha əvvəl “Böyük Yeddilik”, Avropa İttifaqı ölkələri, eləcə də Avstraliya dekabrın 5-dən gəmiləri və əraziləri üçün dənizdə Rusiya neftinin barelinə 60 dollar qiymət tətbiq etmək barədə razılığa gəlib.
Bizim.Media