Almaniyada məktəbə bıçaqlı hücum olub.
Bizim.Media "Independent.co.uk"a istinadən xəbər verir ki, hadisə Baden-Vürttemberq əyalətinin İllerkirxberq qəsəbəsində baş verib.
Hücum nəticəsində iki qız şagird yaralanıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədən, kimliyi açıqlanmayan şəxs qaçqınların məskunlaşdıqları mərkəzə qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media