Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşıdır - Latviya Seyminin sədri

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkə Seyminin yeni seçilmiş sədri Edvards Smiltens ilə görüşüb.

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Elnur Sultanov Edvards Smiltensi Latviyanın 14-cü Seyminin sədri seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

O, 2017-ci ildə Prezident İlham Əliyevin Latviyaya səfəri zamanı Azərbaycanla bu ölkə arasında strateji tərəfdaşlığın yaradılması barədə Birgə Bəyannamənin imzalandığını qeyd edərək parlamentlərarası əlaqələrin tərəfdaşlığımızın dərinləşməsində əhəmiyyətli rolunu qeyd edib.
E.Sultanov iki ölkə arasında cari ildə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını vurğulayıb. O, Milli Məclisin sədri Sahibə Qafarovanın latviyalı həmkarı Edvards Smiltensə ünvanladığı təbrik məktubunu qarşı tərəfə təqdim edib.

Edvards Smiltens, öz növbəsində, təbrikə görə təşəkkürünü bildirərək, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və Azərbaycanla əməkdaşlığın Latviya üçün əhəmiyyət daşıdığını bildirib. O, iki ölkə parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin və dostluq qruplarının fəaliyyətinin vacibliyini bildirib.

Parlament sədri ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edərək, Azərbaycanla iqtisadi-ticari və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.

Azərbaycanın Avropa İttifaqının vacib enerji tərəfdaşlarından olduğunu vurğulayan Edvards Smiltens ölkəmizin Avropanın enerji təhlükəsizliyin təmin olunmasında artan rolunu təqdir edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

End of content

No more pages to load

RADİO