Yəməndə terror hadisəsi baş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şərqindəki Hadramaut əyalətində məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Məlumata görə, hücum edən şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman əl qumbarası atıb.
Qeyd edilib ki, təhlükəsizlik orqanları həmin şəxsi saxlayıb.
Bizim.Media