Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik istefa verməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məşqçi özü “ARD” telekanalına açıqlamasında deyib.
O, bildirib ki, komandasının DÇ-2022-də qrup mərhələsində 3-cü olmasına baxmayaraq, yığmada qalmaqda davam edəcək:
“Mən hazırkı işimdə qalmaq istəyirəm. Yaxşı komandamız və futbolçularımız var. Amma millidə qalıb-qalmayacağım təkcə məndən asılı deyil”.
Bizim.Media