SEPAH qüvvələri tərəfindən Cavanrud şəhərində nümayişçilərə atəş açılıb. 7 nəfərin öldüyü bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.
Məlumatda qeyd olunur ki, Cavanrud aksiyalarının qurbanlarından ikisinin dəfn mərasimi keçirildikdən sonra İnqilab Keşikçiləri Korpusunun qüvvələri mitinq iştirakçılarını atəşə tutub.
Bu şəhərdə keçirilən etirazlar zamanı SEPAH qüvvələri tərəfindən açılan atəş nəticəsində 7 nəfər həyatını itirib.
Bizim.Media