Rusiya-Ukrayna müharibəsində Ukrayna Silahlı Qüvvələri 13 min hərbçi itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib.
“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir.Bunlar Ali Baş Komandan tərəfindən təsdiqlənən rəqəmlərdir. Yəni, biz açıq şəkildə ölənlərin sayı barədə danışırıq”, - deyə Podolyak bildirib.
Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin mülki əhalisi arasında itkilər hərbçilərdən daha çoxdur.
Bizim.Media