Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Daha 50 hərbçimiz əsirlikdən azad edilib. Bunlar Mariupol və Azovstalın müdafiəsində iştirak edən döyüşçülərimizdir.
Həmçinin azad olunanlar arasında Donetsk, Luqansk və Zaporojye istiqamətlərində gedən döyüşlərdə yaralanaraq əsir düşən hərbçilər də var”,- deyə Yermak qeyd edib.
Prezident Ofisinin rəsmisi bildirib ki, hərbi əsirlər Yelenovkada saxlanılıb.
Bizim.Media

