Almaniya Parlamentində Qolodomor soyqırımı ilə bağlı müzakirələr keçirilib.
Bizim.Media xəbər verir ki, müzakirələrin sonunda Qolodomor soyqırımı aktı kimi tanınıb.
Belə ki, Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib. Qətnamədə Qolodomorun insanlığa qarşı cinayət olduğu vurğulanıb.
“Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı”, - deyə bildirilib.
Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.
Bizim.Media