Rəşt-Astara dəmir yolunun tikintisi üzrə işlər üç ildən çox vaxt apara bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, tikinti işləri Rusiya ilə birgə aparılır.
Bunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Transtek” beynəlxalq forumunun plenar iclasında İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak deyib.
Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Layihənin məqsədi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməkdir.
Bizim.Media