Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev NATO-nun Ukraynaya verəcəyi Patriotlarla bağlı fikrini bildirib.
Bizim.Media xəbər verir ki, D.Medvedyev Ukraynaya veriləcək Patriotların Rusiya ordusunun qanuni hədəfinə çevriləcəyini açıqlayıb.
D.Medvedyev özünün Telegram kanalında bunları yazıb:
"Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyev fanatiklərini NATO personalı ilə birlikdə “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcəklər. Ümid edirəm ki, Atlantik impotentlər bunu başa düşürlər".
Bizim.Media