Türkiyə Silahlı Qüvvələrinin birliklərinin İraq və Suriyanın şimalında keçirdikləri növbəti əməliyyatları nəticəsində kürd terrorçularına növbəti dəfə sarsıdıcı zərbə vurulub.
Bizim.Media Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 25-də və 26-da ümumilikdə 22 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Onlardan 10-u İraqın, 12-si isə Suriyanın şimalında məhv olunub.
Dövlət rəsmiləri bir daha bəyan ediblər ki, antiterror əməliyyatları son terrorçu məhv edilənə qədər davam edəcək.
Bizim.Media