ABŞ Yunanıstanın Larisa şəhəri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) bazası yaradır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Vaşinqtonun bazanı yaratmaqda əsas məqsədi Qara dənizdən Egey və Aralıq dənizinə qədər olan əraziyə nəzarət etməkdir.
Məlumata görə, ABŞ-ın modernləşdirilmiş 8 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatı artıq Yunanıstanın 110-cu Qırıcı Aviasiya Alayının aerodromunda yerləşdirilib. İlk 4 ədəd pilotsuz uçuş aparatı bu ölkəyə gətirilərək Larisanın yaxınlığında bazada yığılıb.
Qalan 4 PUA isə Yunanıstana hazır vəziyyətdə gətirilib.
Qeyd edilib ki, Yunanıstan Silahlı Qüvvələri artıq 3 ədəd “MQ-9 Reaper”nin tədarükü ilə bağlı danışıqlara başlayıb.
Bizim.Media