Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi Ukraynanın atom elektrik stansiyaları (AES) barədə açıqlama verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, R.Qrossi Ukraynanın bütün işləyən atom elektrik stansiyalarının yenidən milli energetika sisteminə çıxış əldə etdiyini bildirib.
Onun sözlərinə görə, Ukrayna ərazisində fəaliyyət göstərən bütün AES-lər, o cümlədən “Zaporojye” AES bu həftənin əvvəlində elektrik enerjisi təminatının tamamilə itirilməsindən sonra yenidən milli energetika sisteminə çıxış əldə ediblər.
Bizim.Media