Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının qətnamə qəbul etməsindən sonra ABŞ dövlət katibi Antoni Blinken bu qətnaməni alqışlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb:
"Biz İran xalqını amansız repressiyalara qarşı dəstəkləməyə davam edəcəyik və İran hakimiyyətini bu məsələdə məsuliyyətə cəlb etməyə çalışacağıq" - deyə Blinken qeyd edib.
Antoni Blinken həmçinin bildirib ki, Amerika İranı BMT-nin Qadın Hüquqları Komitəsindən çıxarmağa çalışır.
Bizim.Media