Dünyanın 30 ölkəsində polis əməkdaşları Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol – red) onlayn fırıldaqçılıqla mübarizə məqsədilə keçirdiyi iri əməliyyatda 1 000-ə yaxın adamı saxlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə İnterpolun mətbuat xidməti məlumat yayıb.
"Bir sıra ölkələrin polis orqanlarının dələduzluqla mübarizə idarələri iyunun 28-dən noyabrın 23-dək birlikdə çalışıblar", - hesabatda deyilir: "Təxminən 1 000 nəfər saxlanılıb, 130 milyon dollara yaxın vəsait götürülüb".
İnterpolun məlumatına görə, əməliyyat zamanı 1,6 minə yaxın cinayətin üstü açılıb.
Bizim.Media