“Ukrayna beynəlxalq ictimaiyyətin Rusiyanın bu cinayətlərinə qətiyyətli reaksiya verməsini tələb edir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi “Twitter” hesabında bildirib.
“Mən BMT-dəki səfirimizi Rusiyanın bugünkü zərbələrindən sonra BMT Təhlükəsizlik Şurasına təcili iclasın keçirilməsi barədə çağırışımızı çatdırmaq barədə təlimatlandırmışam.
Əhalinin qətledilməsi, mülki infrastrukturun dağıdılması terror aktıdır. Ukrayna beynəlxalq ictimaiyyətin bu cinayətlərə qətiyyətli reaksiya verməsini tələb edir”, – deyə Zelenski qeyd edib.
Bizim.Media
