“Ermənistana yardım göstərilməsi üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsi razılaşdırılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanda KTMT-nin baş katibi Stanislav Zas Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT-nin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında danışıb.
Onun sözlərinə görə, Qafqaz regionunda Ermənistan hökumətinin və digər iştirakçıların sülh sazişinin əldə edilməsi, sərhədlərin leqallaşdırılması və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində səyləri müsbət rol oynayır.
Stanislav Zas qeyd edib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır:
“Böhran Vəziyyətlərinə Cavab Mərkəzi vasitəsilə aldığımız məlumatlar Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların baş verdiyini təsdiqləyir. Kollektiv Təhlükəsizlik Şurasının bu ilin may, sentyabr və oktyabr aylarında keçirilən üç növbədənkənar sessiyasında Ermənistan sərhədindəki vəziyyət müzakirə edilib”, - deyə Zas bildirib.
Bizim.Media