İstanbulda Bəyoğlu rayonunun mərkəzi İstiqlal prospektində (Taksim məhəlləsi) baş verən terrorla bağlı daha 5 nəfər saxlanılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında “Hüsam” kod adlı terrorçu da var.
Qeyd edək ki, bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 24-ə çatıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Bizim.Media