Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Qərb ölkələrindən Kiyevin NATO və Avropa Birliyinə qəbul edilməsini istəyib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Madriddə Şimali Atlantika Alyansı Parlament Assambleyasının iclasında videobağlantı vasitəsilə çıxışı zamanı müvafiq bəyanatla çıxış edib:
“Hamınız görürsünüz ki, Ukrayna birgə cəmiyyətimizin müdafiəsinə nə qədər əhəmiyyətli töhfə verir.
Biz 24 fevraldan sonra həqiqətən birləşmişik. Ona görə də Ukrayna Aİ və NATO-nun tamhüquqlu üzvü olmalıdır”.
Bizim.Media