Türkiyə Suriyanın şimalında yenidən xüsusi əməliyyat keçirəcək.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin yüksək vəzifəli şəxsləri “Reuters” agentliyinə bildirib.
Məlumata görə, qardaş ölkə hərbçiləri əməliyyat zamanı Suriyanın şimalındakı PKK terror təşkilatının döyüş dəstələrini zərərsizləşdirməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, hazırda İraqda PKK birləşmələrinə qarşı əməliyyat davam etdirilir:
“Bu əməliyyat başa çatdıqdan sonra bizim Suriyada konkret hədəflərimiz olacaq. Kürd döyüşçülər və yaxud İŞİD-dən Türkiyəyə qarşı yaranan təhdidlər qəbuledilməzdir”.
Bizim.Media