Türkiyədə məşhur “Huggy Wuggy”(Hagi Vagi) oyuncaqlarının satışı qadağan olunub.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib ki, sözügedən oyuncaqlar uşaqlara mənfi təsir etməsi səbəbindən qadağan olunub.
Bir müddət əvvəl “Huggy Wuggy”(Hagi Vagi) personajının oyuncaqları ilə bağlı araşdırmalar başlayıb. Araşdırmalardan sonra sözügedən oyuncağın satışına qadağa qoyulub və satışdan çıxarılmasına dair qərar verilib.
Qeyd edək ki, “Huggy Wuggy” “Poppy Playtime” adlı qorxu janrında olan oyunda yer alan personajdır. Sözügedən video oyun 2021-ci ilin oktyabrında buraxılıb.
Bizim.Media