Gürcüstanda İsrail vətəndaşının qətlini planlaşdıran bir qrup şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb.
Mənbə yazır ki, aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşlığı, habelə ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslər ələ keçirilib.
“Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi, İran vətəndaşı və digər iştirakçılar müəyyən edilib.
Onlara qarşı kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - DTX-nın məlumatında deyilir.
Bizim.Media