Rusiyanın hərbi gücü çoxdur.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Rusya-Ukrayna müharibəsi barədə danışarkən deyib.
O, bilidirib ki, Rusiyanın Xersondan çıxarılması Ukrayna Silahlı Qüvvələrinin inanılmaz cəsarətini, eləcə də Ukraynaya dəstəyimizin vacibliyini nümayiş etdirir.
“Biz Rusiyanı qiymətləndirməmək kimi səhvə yol verməməliyik. Rusiya Silahlı Qüvvələri əhəmiyyətli imkanları, eləcə də çoxlu sayda qoşununu özündə saxlayır. Rusiya əhəmiyyətli itkilər verməyə hazır olduğunu göstərdi” deyə Stoltenberq bildirib.
Bizim.Media