Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror hadisəsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bizim.Media