İstanbulda Taksim meydanı yaxınlığında İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha iki nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, hücumla bağlı həbs olunanların sayı 48-ə çatıb.
***14.11.22 12.05
İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar indiyədək 46 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Bizim.Media