Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər noyabrın 23-də İrəvanda keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Rusiya rəhbəri noyabrın 23-də İrəvana səfər edəcək.
Bizim.Media