2007-ci ildə birlikdə yaşadığı hamilə sevgilisini bıçaqlayaraq öldürən məşhur musiqiçi Murat Şənpınar həbsxanada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məılumat yayıb.
Məlumata görə, o, infarkt keçirməsi nəticəsində həyatını itirib.
Qeyd edək ki, Murat Şənpınar 2007-ci ildə birlikdə yaşadığı sevgilisi Yağmur Takunun başından içki şüşəsi ilə vurub, daha sonra qadının 46 yerindən bıçaqlayaraq qətlə yetirmişdi. Hadisəni törətdikdən sonra isə qaçmğa çalışarkən polis tərəfində saxlanılmışdı.
Bizim.Media
