Dədə Qorqud yadigarı tamburda ZƏFƏR mahnıları – FOTO/VİDEO

Qədim simli musiqi aləti olan tambur ifaçısı Məhəmməd Məmmədovu Şimal-Qərb bölgəsində az insan olar ki, tanımasın. Vətən Müharibəsi günlərində bu el adamının “Millətin nə fərqi var” bəstəsinin sosial şəbəkələrdə yayınlanmasından sonra ona uğur gətirməklə yanaşı həm də ölkəmizin tolerant, multikultural dəyərlərə nə qədər sadir və önəm verdiyi bir daha aydın oldu.

Digər tərəfdən bu, düşmənin azsaylı xalqlarla bağlı yürütmək istədiyi təxribatçı təbliğata tutarlı cavabdır. Zəfər günü ərəfəsində yenidən bu sənət adamı ilə görüşdük. Dedik bir az da ruhumuz dincəlsin, bayatı və bəstələrini dinləyək.
Bizim.Media xəbər verir ki, vətəninə, elinə, ümumən doğma Azərbaycana qəlbən bağlı olan tambur ifaçısı Məhəmməd  iştirak etdiyi bütün el şənliklərində, rəsmi tədbirlərdə ancaq Müzəffər ordumuzun şücaətindən bəhs edir, şeir və bayatılar söyləyir, insanlarda vətənə, dövlətə sevgi aşılayır.

              Şöhrətim, şanım mənim, 
              Vətənim, canım, mənim.
              Gözəlliklər məskənim, 
              Azərbaycanım mənim.

Tambur ifaçısının Azərbaycanla bağlı bu bayatısını şanlı zəfəri bizlərə yaşadan şəhidlərə ithaf etdiyi digər bir bayatı əvəzləyir.
 
                  Salam olsun, Vətənə can deyənə,
                  Bu Vətən çün canın qurban edənə.
                  Salam olsun, şəhid olub gedənə, 
                  Siz ölmədiz, siz həmişə varsınız. 
                  Ürəklərdə daima yaşarsınız .
                  Siz ölmədiz, siz həmişə haqsınız,
                  Tarixlərdə daima yaşarsınız.

Artıq iki ildir şəhidlərin qanı, qazilərin canı bahasına Şuşada üçrəngli bayrağımız dalğalanır. Tambur ifaçısı bu qürurlu anı belə qələmə alıb.

                                  Salam olsun, aranıma, dağıma,
                                  Salam olsun, gözəl Qarabağıma.
                                  Salam olsun, üçrəngli bayrağıma, 
                                  Qoy hər yanda bayrağımız ucalsın, 
                                  Şuşada, Xankəndində dalğalansın.

Tarixdə olduğu kimi bu gün də dünya Azərbaycan-Türkiyə qardaşlığına, müttəfiqliyinə həsəd apara bilər.

                      Haydı əsgər, irəliyə, 
                      Türk oğlu baxmaz geriyə.
                      Eşq olsun bu birliyə, 
                      Azərbaycan-Türkiyə!

Tambur ifaçısı milli birlik və bərabərlik haqda bəstəsindən danışarkən deyir ki, bu ifa ona şöhrət gətirib, dünyanın dörd bir yanından Can Azərbaycan adına yüzlərlə, minlərlə insandan zənglər, mesajlar təşəkkürlər alıb.

Və əlbəttə  Azərbaycanda milli birlik və bərabərliyi əks etdirən bu bəstənin ilk bəndi belədir.

                         Millətin nə fərqi var, 
                         Talış, ləzgi ya avar.
                         Hamımızın bir yurdu var, 
                         O da Azərbaycandır!

 Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ilk festivalın iştirakçısı olan Məhəmməd Məmmədov Zəfər həftəsi boyunca Zaqatalanın müxtəlif  məkanlarında, orta məktəblərdə vətənpərvərlik ruhunda ifaları ilə çıxış edib. Bütün görüşlərini isə bu bayatı ilə yekunlaşdırıb.

                               Hər yan gül, abad oldu, 
                               Torpaqlar azad oldu. 
                               Ordumuz zəfər çaldı, 
                               Millətimiz şad oldu.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO

Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

End of content

No more pages to load

RADİO