Bir müddət "Qalatasaray"da da çıxış edən Fil Dişi Sahilinin sabiq futbolçusu Didye Droqbanın müsəlman olduğu iddia edilib.
Bizim.Media xəbər verir ki, futbolçu bu iddiaları yalanlayıb.
“Twitter” hesabından açıqlama verən Didye Droqba dinini dəyişmədiyini elan edib.
"Dinimi dəyişmədim. Kəndimdə ziyarət etdiyim müsəlman qardaşlarıma hörmət əlaməti olaraq bir anlıq duruş idi. Bu, sadəcə birlik, bərabərlik naminə edilib. Sadəcə bu. Hər kəsə sevgiylə salam olsun“,- deyə Droqba qeyd edib.
Bizim.Media
