Nazir Moldovanın yeni səfirini qəbul edib - FOTO 

Xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aleksandr Yesaulenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin məlumatında bildirilib.

Məlumata görə, nazir Ceyhun Bayramov səfir Aleksandr Yesaulenkonun etimadnaməsinin surətini qəbul edib, səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Moldova arasında ikitərəfli səviyyədə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan və Moldova xalqları arasında mövcud qarşılıqlı rəğbətin də müsbət təsir göstərdiyi bildirilib.
Nazir, Azərbaycanın Moldova ilə regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti haqqında qarşı tərəfi məlumatlandırıb.

Səfir Aleksandr Yesaulenko qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib, həmçinin qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıb. Səfir zəngin tarixə, ənənələrə, qonaqpərvər cəmiyyətə sahib olan Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edib.
Aleksandr Yesaulenko, iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, mədəni, energetika sahələrində münasibətlərin inkişafının əhəmiyyətini vurğulayaraq, bu xüsusda əlaqələrin daha da inkişafı üçün çalışacağını ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dostunun yasında vəfat etdi

Dostunun yasında vəfat etdi

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

End of content

No more pages to load

RADİO