Niderland Müdafiə Nazirliyi Ukraynaya 120 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata görə, paketin ümumi dəyəri 120 milyon avro təşkil edir ki, bunun da 45 milyon avrosu T-72 tankları üçün nəzərdə tutulub.
Həmçinin bildirilib ki, Ukraynanın gələn ay tankların bir hissəsini alacağı gözlənilir.
Bizim.Media