Dünyanın ən böyük buzlaqlardan bəziləri 2050-ci ilə qədər yox olacaq.
Bizim.Media “UNIAN”a istinadən xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.
Məlumata görə, İtaliya, ABŞ və Tanzaniyadakı bəzi buzlaqların qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər yox olacağı gözlənilir.
UNESCO-dan həmçinin, 18 600-ə yaxın buzlağın təşkilat tərəfindən izləndiyi və 2050-ci ilə qədər onların üçdə birinin yox olacağı bildirilib.
Bizim.Media