Pakistanın keçmiş baş naziri İmran Xan siyasi yürüş zamanı avtomobilinə naməlum silahlı şəxsin atəş açması nəticəsində ayağından güllə yarası alıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın "CBC NEWS" telekanalı məlumat yayıb.
Telekanalda yayımlanan süjetdə qeyd edilib ki, Xanın Ədalət Hərəkatı Partiyasının vitse-prezidenti Favad Çaudri hücumu “açıq-aşkar sui-qəsd cəhdi” adlandırsa da, zədə onun həyatı üçün təhlükə yaratmayıb.
Qucranvala şəhərində baş verən hadisədən dərhal sonra keçmiş baş nazir müalicə üçün Lahordakı xəstəxanaya aparılıb.
Məlumata görə, hücum zamanı Xanın ətrafındaolan, ona yaxın şəxs də yaralanıb. Hücum edən şəxs siyasətçiyə baxmaq üçün toplaşan insanlar tərəfindən tez bir zamanda saxlanılaraq səlahiyyətli orqanlara təhvil verilib.
Elvira Murad, Bizim.Media