Şimali Koreya Yapon dənizi istiqamətinə 3 ədəd yaxınmənzilli raket atıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Qərargah rəisləri komitəsinin məlumatında bildirilib.
Bildirilib ki, bundan öncə də ballistik raketin atılması barədə məlumat yayılıb, lakin raketin növü təyin edilməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Şimali Koreya tərəfindən atılan 3 raketdən birinin, böyük ehtimalla, “Xvason-17” materiklərarası ballistik raketi, 2 ədəd isə yaxınmənzilli raket olması haqda məlumat yayılıb.
Bizim.Media