Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Ukraynaya dair son hadisələr, xüsusilə də taxıl dəhlizi müzakirə edilib.
Çavuşoğlu “Taxıl sazişi”nin bundan sonra da problemsiz həyata keçirilməsini təmin etmək üçün Türkiyənin səyləri barədə məlumat verib.
Blinken isə Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə minnətdarlığını bildirib.
Bizim.Media