Sabah, noyabrın 3-də Rusiyanın paytaxtı Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti yayıb.
Mənbə yazır ki, təhlükəsizlik sahəsində milli, regional və beynəlxalq aktual məsələlər müzakirə olunacaq.
Bizim.Media