“Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi hər iki tərəfin güzəştə getməsinin nəticəsi olacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçi görüşünə dair mətbuat konfransında bildirib.
Putin Ermənistan və Azərbaycanla bağlı razılığın əldə olunmamasına da toxunub:
"Bunlar hər iki ölkə üçün (red. Azərbaycan və Ermənistanı nəzərdə tutur) incə və həssas məsələlərdir. Onları kənara qoymaq düzgün deyil. Həmçinin əgər Ermənistan və Azərbaycan arasında normallaşmadan danışılmırsa, KİV bu məsələləri qabartmamalıdır. Sakit şəkildə hadislərin gedişatını izləyib müsbət nəticəyə nail olmaq lazımdır”.
Bizim.Media