Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyev, BMT-nin baş katibi Antonio Quterreş, Afrika İttifaqının sədri və Seneqal Prezidenti Makki Sall noyabrın əvvəlində Əlcəzairdə keçiriləcək Ərəb Liqasının sammitində iştirak edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qətərin QNA xəbər agentliyi yayıb.
Mənbə yazır ki, zirvə toplantısına İlham Əliyev, Antonio Quterreş və Makki Sall ilə yanaşı ərəb liderləri də qatılacaq.
Bizim.Media