TDT: "Ortaq türk TV kanalının yaradılması diqqət mərkəzindədir"

Ortaq türk televiziyasının olması media sahəsindəki önəmli iş birliklərimizdən biridir. 

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Kocaman deyib. 

Onun sözlərinə görə, sözügedən mövzu hazırda diqqət mərkəzindədir: 

“Əslində, bu istiqamətdə keçmişdə müəyyən addımlar atılıb və bu mövzu hazırda da diqqətdədir. Aidiyyəti qurumlar müəyyən müzakirələr aparır. Yekunda millətlərarası xəbər kanalının yaradılması əsas niyyətlərdən biridir. Amma, aydın məsələdir ki, bu heç də asan proses deyil, kifayət qədər zaman ala bilən məsələdir. Dediyimiz kimi, bu mövzu da hazırda diqqət mərkəzindədir”. 

Ömər Kocaman Şuşadakı görüşün vacibliyini qeyd edib:

“Bu cür toplantıların sayəsində dünyaya haqlı davalarımızı və qardaşlıq maraqlarımızı nümayiş etdirə bilirik. Bu baxımdan, toplantının əhəmiyyəti böyükdür. Dünən Bakıda çox önəmli görüşlər keçirdik, nəticədə qarşılıqlı formada iş birliyi sahələrimiz məlum oldu. Bu gün isə Şuşada önəmli bir sənəd imzaladıq. Bu addımın dünyada kifayət qədər bənzər nümunələri var. Məsələn, Avropa İttifaqında bu tip maraqları olan ortaq birliklər mövcuddur. Yəni bu sistemin türk dünyasında olması da vacibdir. 

Azərbaycan 30 illik işğal dönəmində özünün haqlı mübarizəsini dünyaya çatdırmaqda çox böyük çətinliklərlə üzləşdi. Bütün bu prosesin ən yaxşı şahidləri sizlərsiniz. İşğal dönəmində nə qədər qara propaqandalara məruz qalma halları da oldu. Oxşar hallar Türkiyədə, Özbəkistanda, Qazaxıstanda da olub. Bu mənada, bu toplantının strateji əhəmiyyəti böyükdür və Şuşada - türk dünyasının mədəniyyət paytaxtında, türk tarixinin önəmli bir nöqtəsində keçirilməsi xüsusilə əhəmiyyətlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

End of content

No more pages to load

RADİO