UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün növbəti oyununu keçirəcək.
Komandamız qrup mərhələsinin 5-ci turunda Fransada “Nant”la qarşılaşacaq.
Turnirin pley-ofuna yüksəlmək üçün Ağdam klubuna heç-heçə də kifayət edir.
Hazırda "köhlən atlar" 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Fransa təmsilçisi isə 3-cü yerdədir. Komandamız bu oyunda ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək.
Komandamızın hazırlığına həsr olunmuş videomaterialı təqdim edirik.
Bizim.Media