Azərbaycan Prezidenti son bəyanatlarında İrana hansı mesajları verdi? – TƏHLİL 

44 günlük müharibədən sonra regionda geosiyasi vəziyyət kökündən dəyişdi. Azərbaycan-Türkiyə birliyi yeni güc olaraq ortaya çıxdı. Di gəl ki, bəzi qüvvələr hələ də bu gücə qarşı müqavimət göstərməyə çalışır. Həmin dövlətlərin ən öncülü də İrandır. İran bütün vasitələrlə Türk birliyinin qüdrətlənməsinə və onun artan nüfuzuna əngəl olmağa çalışır. Bunun üçünsə, hətta yarımcan Ermənistandan belə kömək istəyir.

Rəsmi Tehran reallıq hissini itirib

İran bir məsələni unudur ki, əhalisinin yarısı türklərdir və Şimali Azərbaycanın istənilən çağırışı Cənubi Azərbaycanı ayağa qaldıra bilər. Lakin, görünən odur ki, İran Azərbaycan və cənubdakı soydaşlarımızla güc dilində danışmaq istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və təhlükəsizliyi MÜZAKİRƏ EDİLƏCƏK 


Rəsmi Tehranın səbatsız və hikkəli siyasəti isə gec-tez öz cavabını alacaq. Təsadüfi deyil ki, oktyabrın 20-də İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanla  mətbuata birgə bəyanatında deyilirdi: “Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə-Azərbaycan bütün sahələrdə rəsmən müttəfiq oldu. Bu, bölgəyə və dünyaya ciddi mesajdır”.

Bu bəyanatın verildiyi zaman İran Araz sahillərində hərbi təlimlər keçirirdi. Ən əsası həmin təlimlərdə Azərbaycan əleyhinə tezislər və hərbi marşlar səsləndirilirdi. Təbii ki, İranın bu cür sərsəmləmələri cavabsız qala bilməzdi. Məhz adını çəkdiyimiz bəyanatın ruhu da ondan ibarətdir ki, artıq Azərbaycan heç bir təhdidi cavabsız qoymayacaq, istənilən hədə və təxribatın ən layiqli şəkildə cavabı veriləcək.

Azərbaycan dünyadakı bütün soydaşlarımızın müdafiəsi üçün ayağa qalxır

Bunun ardınca oktyabrın 21-də Prezident  İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirdi ki, “biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Bu isə artıq yeni reallıqları ortaya qoyur. Azərbaycan dövləti yaxın zamanlarda dünyaya səpələnmiş milyonlarla azərbaycanlının və ən əsası Cənubi Azərbaycandakı 40 milyona yaxın soydaşımızın haqqını və hüququnu müdafiə etməyə başlayacaq.

Azərbaycan İranın təhdidlərinə dözməyəcək

Məsələ ilə bağlı Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu Bizim.Media ilə fikirlərini bölüşdü. O, İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanla oktyabrın 20-də mətbuata birgə bəyanatında mühüm çağırışların olduğunu bildirdi:

“Bu bəyanatda açıq şəkildə göstərilib ki, Azərbaycanla Türkiyə hər zaman bir yerdədirlər və birgə çox böyük məqsədlər hədəfləyiblər. Bu bəyanat əslində, Azərbaycana qarşı ədalətsiz mövqe tutanlara bir xəbərdarlıqdır.
Təbii ki, Azərbaycana qarşı zaman-zaman ikili münasibət göstərən ölkələrdən biri də İran olub. Çox təəssüf ki, fars rejimi bu bədnam siyasətini bu gün də davam etdirir. Ona görə də artıq Azərbaycan bu təhdidlərə dözməyəcək. Nəinki, öz dövlətinin maraqlarını müdafiə edəcək, eyni zamanda dünyada, o cümlədən İranda yaşayan 40 milyona yaxın soydaşımızın haqqını və hüququnu müdafiə edəcək”.

Azərbaycan dövləti yeni konsepsiya hazırlayıb

Politoloq onu da əlavə etdi ki, “İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib ki, “biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”. Bu fikirləri eşidəndə ilk növbədə İranda yaşayan və bir çox hüquqlardan məhrum olan 40 milyona yaxın soydaşımız göz önünə gəlir.

Baxmayaraq ki, Azərbaycan İranla hər zaman dinc və mehriban qonşuluq şəraitində yaşamaq istəyib, amma İranın son zamanlar sərgilədiyi münasibət bu mənada başa düşülən deyil. Elə Azərbaycan sərhədinə yaxın ərazidə İranın son hərbi təlimlər keçirməsi buna sübutdur.
Ona görə də Azərbaycan Prezidentinin son bəyanatları bir sıra dövlətlərə, o cümlədən İrana bir xəbərdarlıq kimi qəbul edilir. Eləcə də, bu, Dünya Azərbaycanlılarının bundan sonra müdafiəsi üçün Azərbaycan dövlətinin yeni konsepsiyası kimi başa düşülür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Eldəniz Məmmədov baba oldu

Eldəniz Məmmədov baba oldu

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

End of content

No more pages to load

RADİO